
Lənkəranda evdən oğurluq olub. DİN-in Mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 7000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Veravul kənd sakini Coşqun Hüseynov saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                