İsraildə “Eurovision” baş tutmaya bilər- PULA GÖRƏ

İsrailin “Kan” teleradio korporasiyası xəbərdarlıq edib ki, əgər 5 gün ərzində tədbirin avropalı kuratorlarının hesabına girov məbləği kimi 14 milyon dollar köçürülməsə, İsrail 2019-cu ildə “Eurovision” mahnı yarışını keçirmə hüququnu itirə bilər.

“Kan” rəhbərliyi bununla bağlı İsrailin baş naziri Binyamin Netanyahuya, eləcə də maliyyə və kommunikasiya nazirlərinə məktub göndərib.

Bundan əvvəl, Netanyahu xəbərdarlıq edib ki, göstərilən məbləği tədbir təşkilatçılarına ödəməyəcək.

Ümumilikdə “Eurovision” İsrailə 40 milyon dollara başa gələcək. Hökumətin fikrincə, “Kan” bu tədbirin keçirilməsi üçün məbləği illik yayım büdcəsindən xərcləməlidir.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top