
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla zarafatlaşıb. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, V. Putin bildirib ki, Rusiya əti Türkiyədə tədarük edilməyə başlayanda R. T. Ərdoğanın restorana getmək təklifini qəbul edəcək.
R. T. Ərdoğan BRICS sammitinin keçirildiyi Yohannesburq şəhərində Rusiya Prezidenti ilə söhbət zamanı qeyd edib ki, Rusiya və Türkiyənin münasibətləri bütün istiqamətlərdə müsbət inkişaf edir və hətta başqalarında həsəd doğurur: “Lakin digər tərəfdən biz görürük ki, əməkdaşlığımıza digər şəxslər paxıllıq edirlər”.
V. Putin öz növbəsində ona restorana getmək dəvətini xatırladıb: “Siz məni restorana dəvət etməyə söz vermişdiniz”. “Mən dəvət edirəm” , - deyə R.T. Ərdoğan cavab verib. Rusiya lideri yumorla deyib: “Biz razılığa gəldik ki, siz ət məhsulunu bazara buraxsanız, restoranda bizim ət yeməklərimiz olanda o zaman nahar edəcəyik”. Türkyə Prezidenti isə “mən böyük məmnuniyyətlə sizi gözləyəcəm” deyə əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz