"Fənərbağça" Qana millisinin üzvünü transfer etdi

Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirib. İstanbul nəhəngi İngiltərənin "Suonsi" klubundan Andre Ayunu transfer edib. Bu barədə "sarı-lacivərtlilər"in rəsmi saytı məlumat yayıb. Təcrübəli yarımmüdafiəçi bu gün tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Qana millisinin üzvü "Fənərbağça"da icarə əsasında çıxış edəcək. İki klub arasında əldə olunan razılığa əsasən, Türkiyə təmsilçisi 1 il sonra 29 yaşlı vingeri birdəfəlik transfer edə bilər.(Milli.az)

DİGƏR XƏBƏRLƏR

Top