Tramp və Putinin növbəti görüşü təxirə salındı

ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin növbəti görüşü gələn ilə təxirə salınıb.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Trampın Milli təhlükəsizlik üzrə müşaviri Con Bolton açıqlayəb. Bolton açıqlamasına görə növbəti görüş xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsinə dair araşdırması başa çatdıqdan sonra mümkün olacaq:

“Prezdent Tramp Putinlə görüşün araşdırma başa çatdıqdan sonra keçirilməsini istəyir. Biz də bunun 2019-cu ilin ilk yarısından sonra gerçəkləşməsinə qərar verdik”.

Qeyd edək ki, Tramp ötən həftə Boltona Putini payızda ABŞ-a dəvət etməyi tapşırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top