Ruhani: Bəzi amerikalı rəhbərlər boş-boş danışırlar

İran Prezidenti Həsən Ruhani Vaşinqtonun Tehranın ünvanına səsləndirdiyi təhdidləri boş və cavaba layiq olmayan adlandırıb. Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Prezidentinin saytında dərc olunub.

H. Ruhani deyib: “Hazırda bəzi amerikalı rəhbərlər çox əsassız boşboğazlıq edirlər. Onlardan bəzilərinin boş təhdidlərinə cavab verməyə və onlarla söz çəkişməsinə çıxmağa dəyməz. Onların ucuz sözlərinə ən sərt cavab birlik və müqavimət olacaq.

DİGƏR XƏBƏRLƏR

Top