Aİ Türkiyəyə 400 milyon avro ayırdı

Avropa İttifaqı (Aİ) Türkiyəyə 400 milyon avro ayırıb, həmin vəsait bu ölkə ərazisində yaşayan suriyalı qaçqınların təhsilinə istiqamətlənməlidir. Yeniavaz.com-un TASS agentiyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Aleksandr Vinterştayn deyib. Onun sözlərinə görə, bu vəsait 3 milyard avro məbləğində ikinci yardım proqramı hesabına ayrılıb: “Bunun müqabilində Ankara miqrantlar üçün Aİ ilə sərhədi bağlamağa razılıq verib. Bu, Türkiyəyə daha 3 milyrd avro ayrılması haqqında Aİ ölkələrinin sazişi çərçivəsində ilk ödənişdir. Vəsait Türkiyədə Qaçqınlara dəstək fonduna verilir”.

DİGƏR XƏBƏRLƏR

Top