Elşən Xəzər yayılan videosundan yazdı - “Üzüyü sındıracam” - VİDEO

İndiyədək belə bir şey görməmişdim. Bu üzük mənim deyil, əziz dostumundur. Təmiz daş olduğunu deyib, çox etibarlı insandır. Əgər daş deyilsə, deməli, özü də bilməyib. Yeniavaz.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Elşən Xəzər instaqram səhifəsində yazıb. O, ötən gündən etibarən sosial şəbəkələrdə müzakirələrə səbəb olan videosuna münasibət bildirib: "Üzüyün sahibindən icazə istəyəcəyəm, əgər icazə versə, sındıracağam. Allaha and içdiyim yalan olsa, tövbəsini edərəm. Çünki bilmədən etmişəm. Amma düz çıxsa, onda siz tövbə edərsiniz".

Qeyd edək ki, meyxanaçı ötən gün üzüyü su olan stəkana salaraq qırmızı qaşın işıqlandığını demiş, bunu Tanrının möcüzəsi adlandırmışdı. Lakin, daha sonra məlum olub ki, bu tipli üzüklər saxtadır və qaşın içərisinə kiçik lampa qoyulub.

Elşən Xəzər

DİGƏR XƏBƏRLƏR

Top