Beynəlxalq Bankın Gürcüstan nümayəndəliyinin lisenziyası ləğv olundu

Azərbaycan Beynəlxalq Bankının Gürcüstan nümayəndəliyinin lisenziyası ləğv olunub.

Bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

Məlumata əsasən, bank ləğv olunma prosesindədir və Roin Tsatsiaşvili banka ləğvedici təyin olunub.

Qeyd edək ki, ABB-nin Gürcüstan filialı 2007-ci ildən fəaliyyət göstərib. Bu ilin martında ABB Gürcüstan və Rusiya bazarlarını tərk etmək barədə qərar qəbul edib.(APA)

DİGƏR XƏBƏRLƏR

Top