Bakıda süpürgəçini öldürən sürücüyə hökm oxundu - İclas zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Zaur Musayevin (1982-ci il təv.) CM-nin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb.

Bu il martın 27-də, saat 18:00 radələrində Sabunçu qəsəbəsində “KamAZ” markalı avtomaşın paytaxt sakini Cəmilə Salahovanı vurub.

Nəticədə, süpürgəçi işləyən qadın hadisə yerində keçinib. Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları yol-nəqliyyat hadisəsini törədən sürücü, əvvəllər məhkum olunmuş Zaur Musayevi saxlayıblar.

Qeyd edək ki, ölən Cəmilə Salahovanın fotosu ilk olaraq sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. O, iclas zalında həbs edilib.

(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top