Türkiyə spikeri və müdafiə naziri Azərbaycana səfərə gələcək


Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın və milli müdafiə naziri Hulusi Akarın Azərbaycana səfərləri gözlənilir. Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə birgə mətbuat konfransında məlumat verib. “Biz qardaşıq. Bizim gözəl ənənələrimiz var. Bunlardan biri də odur ki, hər iki ölkədə keçirilən seçkilərdən sonra ilk səfərlər Azərbaycana və Türkiyəyə edilir”, - nazir deyib.

DİGƏR XƏBƏRLƏR

Top