Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2016/2017 mövsümünə start veriləcək. İlk olaraq 4 komanda ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Azərbaycan I Divizionunda çıxış edən "Turan Tovuz" klubu "Bakılı"nı qəbul edəcək. "Şəmkir" isə "Qaradağ Lökbatan"ı sınağa çəkəcək. Tovuzda keçiriləcək görüşün qalibi 1/8 finalda evdə "Zirə" ilə, Şəmkir duelinin güclüsü isə səfərdə "İnter"lə qarşılaşacaq. Reqlamentə əsasən, ilkin təsnifat və 1/8 final mərhələləri bir oyundan ibarət olacaq. Komandalar bu günədək ölkə kubokunda üz-üzə gəlməyiblər. 1/16 finalçıların hamısı əvvəllər də ölkə kubokunda iştirak edib. Bu komandalar qarşıdakı görüşdə bəzi yubileylər qeyd edə bilər. "Şəmkir"in 70-ci, "Qaradağ Lökbatan"in 25-ci qolu vurması mümkündürsə, sonuncuların 10-cu məğlubiyyəti və 40-cı topu buraxması da gerçəkləşə bilər. "Bakılı" və "Şəmkir" üçün heç-heçə sayca 10-cu olacaq.


Azərbaycan Kuboku, 1/16 final
12 oktyabr
14:00. "Turan Tovuz" - "Bakılı"
Hakimlər: Orxan Məmmədov, Vüsal Qənbərov, Cəmil Quliyev, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Namiq Qasımov
Hakim-inspektor: Qurban Məmmədov
Tovuz şəhər stadionu
14:00. "Şəmkir" – "Qaradağ Lökbatan"
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Rahil Ramazanov, Elgün Hüseynov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Rüfət Əliyev
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 2-3 dekabrda olacaq.

Report

DİGƏR XƏBƏRLƏR

Top