Ukraynalı qapıçı "Real"da

"Real Madrid" bir müddət öncə razılıq əldə etdiyi Andrey Luninin transferini rəsmiləşdirib.

Yeniavaz.com goal.az-a istinadən xəbər verir ki, 19 yaşlı qolkiperlə 6 illik müqavilə imzalanıb. Anlaşmanın detalları açıqlanmır.

İspaniya mətbuatında yer alan xəbərlərə görə, paytaxt klubu Lunin üçün luqansklılara 14 milyon avro ödəyib.

Qeyd edək ki, Lunin 2 dəfə Ukrayna yığmasının formasını geyinib. O, "Zarya" və "Dnepr"də də çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top