Adnan Oktarın mərasiminə qatılan Muazzez Ersoy 150 min alıb

Adnan Oktarın telekanalı A9-un yaranma ildönümünü mərasimində səhnəyə çıxan müğənnilər Muazzes Ersoy 150 min türk lirəsi, Muazzez Abacı isə 100 min türk lirəsi məbləğində ödəniş alıb. Yeniavaz.com-un “Haberler.com”a istinadən verdiyi məlumata görə, bunu Türk sənət musiçiqisi Onur Akay deyib.

150 min lirə aldığı iddia edilən M. Ersoy həmin mərasimə qatılması barədə isə demişdi: “Həmin gecə hər bir sənətkar kimi səhnəyə çıxıb mahnılarımı oxudum. Səhnə aldıqdan sonra evimə getdim. Bu adamı orada tanıdım, orada gördüm. Daha əvvəl heç bir məkanda bir araya gəlmədik. Biz sənətkarla hər gecə səhnəyə çıxıb mahnımızı oxuyuruq. Təəssüf ki, kimin nəçi olduğunu bilmirik”.

DİGƏR XƏBƏRLƏR

Top