Bahçeli Akşeneri dəstəklədi: sədr qalmalıdır

Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli İYİ partiyanın qurultay keçirərək yeni rəhbər seçiminə getməsinə münasibət bildirib.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, D. Bahçeli deyib ki, Koray Aydın və bəzi yoldaşlarının üzərinə böyük vəzifə düşür.

O qeyd edib: “Hər şeydən əvvəl İP (İYİ partiya) daxili məsələsinə münasibət bildirmək etik cəhətdən düzgün deyil. Xanım (Meral Akşener) “Twitter”də açıqlama verərək partiya sədrliyinə namizəd olmayacağını deyib. Bu vəziyyətdə Koray Aydın və bəzi yoldaşlarının üzərinə böyük vəzifə düşür. Xanımı fikrindən mütləq daşındırmalıdırlar və onun arxasında dayanaraq vəzifəsini davam etdirməsini təmin etməlidirlər. Bu, demokratiya və İP baxımından son dərəcə faydalı olacaq”.

DİGƏR XƏBƏRLƏR

Top