Rusiya Ermənistana 200 milyon dollarlıq silah verib

Ermənistan Silahlı Qüvvələri 200 milyon dollar həcmində kredit çərçivəsində Rusiyadan müasir silahları tam şəkildə alıb. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın müdafiə naziri David Tonoyan deyib. Onun sözlərinə görə, 200 milyon dollar kredit çərçivəsində müasir Rusiya silahları tam tədarük edilib: "Bu silahların bəzi növləri hətta Rusiya ordusunun silahlanmasında yoxdur". Ermənistan müqaviləyə əsasən, "Smerç" yaylım atəşli reaktiv sisteminin buraxılış qurğuları və ona aid döyüş sursatları, "İqla-S" zenit raket kompleksi və ona raketlər, "Avtobaza-M" radiotexnik kəşfiyyat icra edən yerüstü komplekslər və digər silah növləri alıb.

DİGƏR XƏBƏRLƏR

Top