Suriya separatçı regionla diplomatik əlaqə qurdu

Suriyanın xarici işlər naziri Vəlid Muallim və separatçı Cənubi Osetiyanın “xarici işlər naziri” Dmitri Medoyev Dəməşqdə tərəflər arasında diplomatik əlaqələrin qurulması haqqında saziş imzalayıblar.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, nazirlər görüş zamanı bir sıra sahələrdə ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər. V. Mualli hər iki tərəfin maraqlarına uyğun ikitərəfli sazişlərin imzalanması barədə danışıb.

D. Medoyev Cənubi Osetiyanı müstəqil ölkə kimi tanıdığına görə Suriyaya təşəkkür edib. Xatırladaq ki, Suriya mayın sonunda Cənubi Osetiya və Abxaziyanın “müstəqilliklərini” tanıyıb. Bundan sonra Gürcüstan Suriya ilə diplomatic əlaqələrin pozulması proseduruna başlayıb. Rusiya 2008-ci il avqustun 26-da Cənubi Osetiya və Abxaziyanın “müstəqilliklərini” tanıyıb.

DİGƏR XƏBƏRLƏR

Top