
İranın qərbindəki Kermanşah vilayətində baş verən 5,9 maqnitudalı zəlzələ zamanı xəsarət alanların sayı 287 nəfərə çatıb.
Bu "Tasnim" agentliyi vilayətin qubernatoruna istinadən məlumat yayıb.
"Zəlzələ zamanı 287 nəfər xəsarət alıb. Yeraltı təkanlardan 43 kənd ziyan çəkib. 101 bina tamam dağılıb", - deyə qubernator Huşand Bazvand bildirib.
O, həmçinin əlavə edib ki, vilayətin kənd və şəhərlərində 800 bina qismən ziyan dağılıb. Hazırda təmir işləri aparılır. (Report)
17.35
Bu gün İranın qərbində 5,9 bal gücündə zəlzələ baş verib. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Aralıq dənizi seysmoloji mərkəzi məlumat verib. Onun məlumatına əsasən, yeraltı təkanların episentri Kirmanşah şəhərindən 76 kilometr qərbdə olub. Təbii fəlakətin ocağı yerin 10 kilometr dərinliyinə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə hələ məlumat verilmir.
Daha əvvəl bu gün İranın cənubunda 4,6 və 5,4 bal gücündə iki zəlzələ qeydə alınmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz