Azərbaycan Milli Mətbuatının yaranmasından 143 il ötür

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 143 il ötür.

Yeniavaz.com xəbər verir ki, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir.

Qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü gördü.

22 iyul 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.

1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına təkan verib.

DİGƏR XƏBƏRLƏR

Top