Sumqayıtda məşhur market yanıb YENİLƏNİB

Sumqayıt şəhəri 14-cü məhəllədə yerləşən “Bərəkət” marketdə baş vermiş yanğın nəticəsində, ilkin məlumata əsasən, ümumi sahəsi 1200 m² olan üçmərtəbəli binanın dam örtüyü və 3-cü mərtəbəsinin yanar konstruksiyaları 640 m² sahədə yanıb.

Yeniavaz.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

23.09

Sumqayıtda yanğın baş verib.

Yeniavaz.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, 14-cü məhəllədə yerləşən ikimərtəbəli mağazanın dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məlumata görə, yanğın “Bərəkət” mağazasında baş verib.

Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top