Rəsmi Afina: Rusiya Yunanıstanın milli maraqlarına hörmət etməlidir

Rusiya Yunanıstanın milli maraqlarına hörmət etməlidir. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın xarici işlər naziri Nikos Kotzias deyib. O bildirib: “Bizim siyasətin meyarı milli maraqlarımızdır. Rusiya başa düşməlidir ki, o özünü başqasından güclü hiss etdiyinə görə digər dövlətin milli maraqlarına hörmətsizliklə yanaşmamalıdır. Belə mövqeni qəbul etmirik və biz bunu həm Qərbdən, həm də Şərqdən sübut etdik”. Xatırladaq ki, Yunanıstan hökuməti iki rusiyalı diplomatın ölkədən çıxarılması və daha ikisinin ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top