700 bal toplayanlar arasında Goranboy məktəblisi də var

I ixtisas qrupu üzrə yüksək nəticə göstərən Kənan Məmmədli Goranboyun Səfikürd kəndində yaşayır. Yeniavaz.com-un məlumatına görə, ailənin ikinci övladı olan Kənan ilk imtahanda 685 bal topladığını ancaq bununla razılaşamayaraq ən yüksək nəticəni göstərəcəyinə söz verib. Vədinə əməl edən gənc 700 bal toplamaqla nəinki yaxınlarını, bütün rayon sakinlərini sevindirib. Kənd mühütində böyüyüb yüksək nəticə əldə etməyi Kənan Məmmədli aşağı siniflərdən yaxşı oxumaqla əldə etməyin mümkün olduğunu deyir. Valideynləri onun ilk vaxtlar IV ixtisas qrupunu seçməsini istəsələrdə ancaq Kənan I qrupda yüksək nəticə əldə edəcəyini bildirib. I qrupda 700 bal toplayan 11 nəfərdən biri olan Goranboy sakini təhsilini Bakı AliNeft Məktəbində davam etdirməyi düşünür.


Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top