8 qəbilə başçısı qaçırıldı: seçkilərin təxirə salınması istənilir

Kamerun Respublikasının Anqlofon (ingiliscə danışılan) bölgəsində son 1 həftədə 8 qəbilə başçısı qaçırılıb. Qəbilə başçılarının kimlər tərəfindən qaçırıldığı barədə məlumat verilməyib.

Qaçırılan qəbilə başçılarından biri ötən həftə sosial şəbəkələrdə yayılan videoda ölkədə prezident seçkilərinin Anqlofon böhranı bitənə qədər təxirə salınmasını istəyib.

Digər tərəfdən isə sözügedən bölgədə bir polis əməkdaşı naməlum şəxslər tərəfindən döyülərək öldürülüb.

Qeyd edək ki, fransızca və ingiliscə danışılan Kamerunda hökumətin Anqlofon bölgəsinə ingilis dilini bilməyən müəllim və hakimlər təyin etməsi səbəbindən 2016-cı ildə bölgədə etirazlar başlamış və aksiyaların genişlənməsi ölkədə böhranın dərinləşməsinə səbəb olmuşdu.

Etniklər bölgəyə fransız dilində danışan şəxslərin təyin edilməsini istəmir. Bu səbəbdən 2017-ci ilin 1 oktyabrında bir qrup silahlı şəxs Bamenda şəhərində "Ambazoniya" adını verdikləri bir dövlət qurduqlarını elan etmişdilər.(Qaynarinfo)

DİGƏR XƏBƏRLƏR

Top