Keçmiş prezident daha 8 il həbs cəzasına məhkum edildi - İsrafçılığa görə

Cənubi Koreyada məhkəmə keçmiş ölkə başçısı Pak Kın Heni dövlət vəsaitini israfçılıqla xərclədiyinə və partiya fəaliyyətinə müdaxilə etdiyinə görə 8 il müddətinə azadlıqdan məhrum etmək qərarına gəlib. "Yonhap" agentliyi xəbər verir ki, xanım He ölkənin Milli Kəşfiyyat Agentliyinin büdcəsindən vəsait aldığına görə 6, hakim partiyanın seçki namizədlərinin təyin edilməsindəki qanunsuz iştirakına görə isə 2 illik həbs cəzasına məhkum edilib.

Bundan başqa, o, 3,3 milyard von (təxminən 3 milyon ABŞ dolları) cərimə ödəməlidir.

Xatırladaq ki, Cənubi Koreyanın keçmiş prezidenti bundan əvvəl korrupsiyaya görə də 24 il azadlıqdan məhrum edilib.(Report)

DİGƏR XƏBƏRLƏR

Top