Avtomobillərdən oğurluq edənlər saxlanıldı

Paytaxtın Nəsimi rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
DİN mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Səlimliyə məxsus “Mercedes” markalı avtomobilin yan güzgülərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xanlar Hüseynov saxlanılıb.
20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə paytaxt sakini F.Qədimovun “VAZ-2106” markalı avtomobilindən maqnitofon oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Rəsul Rəhimov saxlanılıb.
​Faktlarla bağlı araşdırmalar aparılır.

DİGƏR XƏBƏRLƏR

Top