Elmi ad alan müğənni təkcə Nazpəri Dostəliyeva deyilmiş - SİYAHI

Xalq artisti Nazpəri Dostəliyevanın fəlsəfə doktoru elmi adı alması barədə məlumat ölkə gündəmini zəbt edib.

Qeyd edək ki, bu barədə sənətçinin özü "İnstaqram" səhifəsində məlumat yaymışdı.

Lakin Ali Attestasiya Komissiyasının aparat rəhbəri Arif Quliyev xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması barədə yaydığı məlumatı təkzib edib, ona elmi ad verilmədiyini, hətta özünün imzasının saxtalaşdırıldığını bildirib.

İncəsənət aləmində elmi dərəcəsi olduğunu açıqlayan müğənnilər az deyil.

Yeniavaz.com saytı onların siyahısını təqdim edir.

Картинки по запросу nüşabə ələsgərli

Əməkdar artist Nüşabə Ələsgərli sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Müğənni jurnalistlərə açıqlamasında 2016-cı ildə elmi iş müdafiə etdiyini bildirib.

Картинки по запросу Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova da fəlsəfə doktorudur. Müğənni bir müddət öncə diplomunun fotosunu paylaşaraq rəsmən fəlsəfə doktoru olduğunu elan etmişdi. Ona diplom Prezident yanında Ali Attestasiya Komisiyasının aparat rəhbəri Arif Quliyev tərəfindən şəxsən təqdim olunub.

Картинки по запросу Arif Babayev

Xalq artisti Arif Babayev professordur, illər öncə müdafiə edib.

Картинки по запросу Aşıq Samirə

Aşıq Samirə də sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

Картинки по запросу Mələkxanım Əyyubova

Xalq artisti Mələkxanım Əyyubova isə 2013-cü ildə professor olub.

Картинки по запросу Azər Zeynalov

Xalq artisti Azər Zeynalov professordur.

Картинки по запросу Ədalət Şükürov

Əməkdar artist Ədalət Şükürov iqtisad elmləri namizədidir. O, elmi işini 2007-ci ildə Sankt-Peterburqda müdafiə edib.

Картинки по запросу Elxan Şirinov

Tanınnış müğənni Elxan Şirinov dosentdir.

DİGƏR XƏBƏRLƏR

Top