Putin Gürcüstan və Ukraynanın NATO-ya qoşulması barədə: Mütənasib reaksiya veriləcək

NATO bazalarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsinə mütənasib reaksiya veriləcək.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, Avropada təhlükəsizlik və sabitliyin təmin edilməsinin açarı Rusiya sərhədləri yaxınlığında NATO-nun yeni bazalarının və hərbi infrastrukturunun yerləşdirilməsində deyil, əməkdaşlığı genişləndirmək və etimadı bərpa etməkdədir. V. Putin bildirib ki, Ukrayna və Gürcüstanı NATO-nun hərbi orbitinə daxil etmək cəhdlərin kəskinləşdirmə oyunudur və bunun nəticələri olacaq: “Kəskinləşdirməyə oynayan və Ukrayna və ya Gürcüstabı alyansında hərbi orbitinə daxil etmək istəyən həmkarlarımız belə məsuliyyətsiz siyasətin mümkün nəticələri barədə düşünməlidirlər”.

DİGƏR XƏBƏRLƏR

Top