Zukerberq: Mən yəhudiyəm, amma Holokost…

“Facebook” sosial şəbəkəsi istifadəçilərin Holokostu inkar edən məlumatlarını silməyəcək.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu sosial şəbəkənin təsisçisi Mark Zukerberq deyib.

O bildirib: “Mən yəhudiyəm və Holokostun olduğunu inkar edən bir çox insan var. Mən bu halı təhqiramiz hesab edirəm. Lakin nəticə etibarı olaraq hesab etmirəm ki, bizim sosial şəbəkə belə məlumatları silməlidir və fikrimcə, müxtəlif insanların düzgün başa düşmədiyi məsələlər var”.

DİGƏR XƏBƏRLƏR

Top