F-35 təyyarəsinin qiyməti endirildi

F-35 döyüş təyyarəsinin əsas istehsalçısı olan “Lockheed Martin” şirkəti qiymətləri aşağı salır. Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ ilə 141 təyyarə satışı üçün saziş imzalayan şirkət istehsal etdiyi təyyarənin ən geniş yayılan modeli olan F-35A-nın qiymətini 6 faiz aşağı salır. Bu, 2017-ci ilin fevralında əldə olunmuş razılığa əsasən edilir. Bununla da F-35A-nın qiyməti 94,3 milyon dollardan 89 milyon dollara endirilib. Qiymət endirimindən Türkiyə kimi F-35 layihəsinin tərəfdaş ölkələri ilə yanaşı, bu cür təyyarələri satın almaq istəyən ölkələr də yararlana biləcəklər. Bildirilir ki, Avstraliya, Danimarka, İsrail, İtaliya,Yaponiya, Hollandiya, Norveç, Türkiyə, Cənubi Koreya, İngiltərə və ABŞ 2018-ci ildə ümumilikdə 135 ədəddən çox F-35 təyyarəsi almağı planlaşdırır. 2020-ci ildə həmin təyyarələrin hər biri 88 milyon dollar qarşılığında sadalanan ölkələrə çatdırılacaq. F-35 layihəsinə əsasən, 3 min təyyarənin istehsal edilməsi planlaşdırılər. Əgər sifarişlərin sayı çox olarsa, gələcəkdə F-35A-nın qiyməti 80 milyon dollaradək enə bilər. Qeyd edək ki, Türkiyə ümumilikdə 100 ədəd F-35 təyyarəsi sifariş verib. Sifarişlərin 30-u qətiləşib. İlk F-35A təyyarəsinin 2019-cu ildə Türkiyəyə gəlməsi, 2020-ci ildə təlim fəaliyyətlərinə başlanılması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top