Miqrantlar İtaliyanı İspaniyaya dəyişir: səbəblər və statistika

İspaniya bu il Aralıq dənizi vasitəsilə Avropaya can atan miqrantları ən çox qəbul edən ölkələrin siyahısında İtaliyanı sıxışdırıb. Yeniavaz.com-un “Euronews” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Məlumatda deyilir ki, 2018-ci ilin ilk altı ayında Apennin yarımadasına 17 827 miqrant gəldiyi halda, Pireney yarımadasında yerləşən ölkəyə gələnlərin sayı 18 016 nəfər olub. Təşkilatın nümayəndəsi Coel Millman baş verənləri onunla izah edir ki, Mərakeş və Əlcəzairdən İspaniyaya dəniz yolu Liviya ilə İtaliyanı birləşdirən marşrutdan daha təhlükəsizdir. Statistikaya əsasən, İspaniyaya gedən yolda 294 miqrant həlak olubsa, İtaliya üzrə bu göstərici 1100 nəfərdən çoxdur. Təşkilatın məlumatına əsasən, miqrantların İtaliyaya axını ötən ilin eyni dövrü ilə müqayisədə 80 faiz azalıb. Həmin vaxt İtaliya sahillərinə 93 mindən çox miqrant ayaq basmışdı.

DİGƏR XƏBƏRLƏR

Top