
Ankara Respubika Baş Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna qarşı təhqiqata başlayıb. Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, K. Kılıçdaroğlu “Prezidentə qarşı təhqir” cinayəti üzrə istintaqa cəlb olunub. Belə ki, “Twitter” səhifəsində paylaşdığı “Tayyiblər aləmi” adlı karikaturaya görə ona qarşı istintaq başlayıb. Xatırladaq ki, K. Kılıçdaroğlu CHP-li deputatlara həmin karikaturanı sosial şəbəkələrdə paylaşmağı tapşırmışdı. CHP sədri karikaturanı bu sözlərlə paylaşmışdı: “Tənqidə və yumora dözümlü olacaqsan, olmalısan. Həbsə ataraq tənqidin və yumorun qarşısını ala bilməzsən”.
Tətbiqimizi yükləyə bilərsiniz