“Boeing” Tramp üçün 1 milyard dollar endirim etdi

ABŞ-ın “Boeing” korporasiyası ABŞ Prezidenti Donald Tramp və onun xələfləri üçün nəzərdə tutulmuş yeni təyyarələrin tikintisi üzrə müqavilə alıb. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, müqavilənin həcmi böyük endirim nəzərə alınmaqla 3,6 milyard dollar təşkil edəcək. Bildirilir ki, “Boeing” ölkənin Hərbi Hava Qüvvələri ilə birlikdə müqavilənin reallaşdırılmasına 2019-cu ilin əvvəlində başlayacaq və işləri 2024-cü ilin sonunda başa çatdıracaq. ABŞ Prezident Administrasiyası yarım il ərzində davam edən danışıqlar ərzində Pentaqonun ilkin planları ilə müqayisədə inflyasiya nəzərə alınmaqla təqribən 1 milyard dollar dəyərində endirimə nail olub. Xatırladaq ki, D. Tramp Prezident üçün nəzərdə tutulmuş təyyarənin qiymətinin 4 milyard dollardan çox olduğunu əsas gətirərək müqaviləni ləğv etməyi tapşırmışdı. Qeyd edək ki, Ağ evin aviaparkı iki təyyarədən və 20-dən çox helikopterdən ibarətdir.

DİGƏR XƏBƏRLƏR

Top