HƏMAS Misirin təklifini qəbul etdi

HƏMAS hərəkatı Fələstində konsensusun əldə efilməsinə dair Misirin təklifini qəbul edib.

Təklifə əsasən, milli birlik hökuməti 5 həftə ərzində formalaşmalıdır.

Hazırda Qahirə təklifin Fələstinin başçısı Mahmud Abbas tərəfindən bəyənilməsini gözləyir.

Misirin təşəbbüsü Fələstin rəhbərliyinin Qəzza zolağına qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların ləğvini, o cümlədən dövlət məmurlarına maaşların verilməsinin bərpasını nəzərdə tutur.

2007-ci ildə Qəzzada hakimiyyətə gələn HƏMAS Fələstin administrasiyası tərəfindən təyin edilən məmurları tutduqları vəzifələrdən kənarlaşdırmışdı.

Buna cavab olaraq, Fələstin rəhbərliyi HƏMAS tərəfindən təyin edilən 40 min dövlət məmuruna əmək haqqı ödəməkdən imtina edir. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top