Finlandiya Putin-Tramp sammitinə 10 milyon xərc çəkib

Finlandiya Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Helsinkidə danışıqlarının təşkilinə təqribən 10 milyon avro xərcləyib. Yeniavaz.com-un RBK-ya istinadən verdiyi məlumata görə, bunu Finlandiyanın Baş naziri Yuxa Sipilya deyib. Onun sözlərinə görə, görüşün təşkilinə çəkilmiş ümumi xərc hələ dəqiqləşdirilir və daha sonra məlum olacaq. Bununla belə, Baş nazir vurğulayıb ki, bu ona dəyər. Xatırladaq ki, iyulun 16-da Helsinkidə Rusiya və ABŞ liderləinin ilk ikitərəfli görüşü keçirilib. Danışıqlar təxminən 4 saat davam edib.

DİGƏR XƏBƏRLƏR

Top