Ermənilər Ağdamda idarə işçiləri və su çənlərini atəşə tutdu - VİDEO

Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub.

Kənddə artezian quyusunda təmir işləri aparan rayon Mexaniki Suvarma İdarəsinin işçiləri atəşə məruz qalıblar. Onlar dərhal əraizdən uzaqlaşa biliblər.

Ordu.az xəbər verir ki, hadisə təxminən saat 12:20 radələrində qeydə alınıb. Düşmən öncə kənd ərazisində işləyən Ağdam subartezian quyularının istismarı idarəsinin texnikasını və əməkdaşlarını atəşə tutub.

Daha sonra kənd avtomat və pulemyotlardan açılan düşmən atəşinə məruz qalıb.

Nəticədə itki olmasa da, kəndi ehtiyat su ilə təmin edən su çəni bir neçə yerdən deşilib.

Ermənilərin açdığı atəş nəticəsində artezian quyusunun boruları da dağılıb.

Ağdam Mexaniki Suvarma idarəsinin rəisi Hafiz Əzimzadə APA-nın Qarabağ bürosuna bildirib ki, ermənilər 2 saat idarənin işçilərini atəş altında saxlayıb: “Bu gün təmir briqadası rayonun Çıraqlı ərazisində 735 saylı subartezian quyusunda təmir işləri apararkən ermənilərin atəşinə məruz qalıb.

Atəş nəticəsində xəsarət alan olmasa da, iş prosesi pozuldu, gərginlik oldu. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə müraciət olundu. İki saatdan sonra vəziyyət sakitləşdi və biz təmiri başa vura bildik. İçməli su, istərsə də təsərrüfat suyu ilə bağlı əhalinin problemi həll olundu”.

Qeyd edək ki, atəşə tutulan su çəni Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən qurulub və onun üzərində təşkilatın nişanı həkk edilib ki, düşmən arəşinə məruz qalmasın. (APA)

video

DİGƏR XƏBƏRLƏR

Top