Ermənistan müdafiə nazirinin oğlu Qarabağda hərbi xidmət edəcək

Ermənistanın müdafiə naziri Edqar Tonoyan oğlu David Tonoyanı hərbi xidmətə yola salıb. Ermənistan KİV xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib.

Edqar Tonoyan iyulun 16-da oğlunun xidmət edəcəyi yerlə bağlı keçirilən püşkatmaya qatılıb. Püşkatmanın nəticəsində əsasən, David Tonoyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində xidmət edəcək.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşota Paşinyan da Qarabağda xidmət edir. (Report)

DİGƏR XƏBƏRLƏR

Top