Mingəçevirin icra başçısı Ceyms Holderi qəbul edib

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov iyulun 16-da Böyük Britaniyanın Bakıdakı Səfirliyinin Siyasi şöbəsinin müdiri və vitse konsulu Ceyms Holderi qəbul edib.

Qonaq Azərbaycandakı fəaliyyəti barədə bildirib ki, Bakıdan kənara çıxmaqda məqsədi bölgələrin həyatı, iqtisadi vəziyyəti barədə ətraflı bilgilər almaqdır. O, həm də əlavə edib ki, iki il əvvəl Britaniyanın milli günü qeyd ediləndə onlara Mingəçevirdən avarçəkmə qayıqları göndərilib.

Başçı Mingəçevirin keçmişi və bu günü, əhali tərkibi, iqtisadiyyatı, köhnə və yeni sənaye müəssisələri, xüsusən Sənaye Parkının birinci növbəsinin işə salınması, 1200 nəfərin çalışdığı enerji sektorunda vəziyyət, “Asan” həyat kompleksinin və “Kür” Olimpiya Avarçəkmə Bazasının fəaliyyəti, bütövlükdə şəhərin turizm potensialı, gənclərlə aparılan işlər, pilot layihə olan icbari tibbi sığortanın uğurları barədə məlumat verib. Rəsmi görüşdən sonra qonaq şəhərin bir sıra müəssisələrinin fəaliyyətilə tanış olub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top