"İRƏVAN: xatirələr və etiraflar" adlı sənədli film ictimaiyyətə təqdim olundu

16 iyul 2018-ci il tarixdə AMEA Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Elmi Araşdırmalar” İctimai Birliyinin həyata keçirdiyi Azərbaycanın tarixi İrəvan şəhərinin və onun tarixi abidələrinin ermənilər tərəfindən məhv edilməsini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi ilə “İRƏVAN: xatirələr və etiraflar” adlı sənədli filmin çəkilməsi layihəsi çərçivəsində “İRƏVAN: xatirələr və etiraflar” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

Yeniavaz.com xəbər verir ki, “İRƏVAN: xatirələr və etiraflar” adlı sənədli filmi tarixi Azərbaycan şəhəri olan İrəvanın ermənilər tərəfindən məhv edilməsindən, bu faktların ermənilər tərəfindən təsdiq olunmasındən, İrəvanın tarixi abidələrinin azərbaycanlılara məxsus olmasının ermənilərin dili ilə etirafından, ermənilərin bəzilərinin İrəvanın tarixini məhv etməkdə böyük tarixi səhvə yol verdiklərini dərk etmələrindən bəhs edilir.

Bu mühüm məsələni beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədi ilə filmdə erməni tarixçilərinin, İrəvan şəhərinin tarixini araşdıran erməni tədqiqatçılarının, həmçinin İrəvan sakinləri olmuş azərbaycanlıların xatirələrindən geniş istifadə olunub.

Filmdə İrəvan şəhərinin, onun tarixi abidələrinin məhv edilmiş görüntüləri təqdim olunub, bütün bunlar erməni tarixçilərinin ifşaedici çıxışları ilə müşayiət edilib.

Sənədli filmdə müxtəlif sahələrin mütəxəssisləri: tarixçi, arxeoloq, teatrşünas, etnoqraf və sadə irəvanlıların fikirləri və xatirələrindən faktlar təqdim olunub.

“İRƏVAN: xatirələr və etiraflar” filmi Azərbaycan əleyhinə informasiya müharibəsi aparan düşmənlərə qarşı güclü ideoloji, siyasi, tarixi və informasiya silahı olmaqla yanaşı, İrəvan şəhəri və onun tarixi abidələrinə qarşı törədilmiş cinayətə görətarixi-mənəvi məsuliyyətin müəyyən edilməsi üçün əsaslı faktoloji baza hesab oluna bilər.

Film,“hücum diplomatiyası”nın əsas tərkib hissəsindən biri kimi, tutarlı və təkzibolunmaz arqumentləri ilə indiki və gələcək nəsillər üçün informasiya müharibəsində faktoloji, arxiv videomaterialların dünyanın istənilən nöqtəsindən əldə edilməsi baxımından zəruri məlumatlarla zəngindir.

irevan

DİGƏR XƏBƏRLƏR

Top