Aİ Rusiyadan quş əti idxalını tam qadağan etdi - “Quş qripi”nə görə

Avropa İttifaqı (Aİ) hakimiyyəti Rusiyadan quş ətinin tədarükünə tam qadağa qoyub. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb Rusiyada “quş qripi” hallarının artmasıdır. Qadağa müvəqqəti xarakter daşıyır və termik emala məruz qalmış ətə şamil edilmir. Hazırda Rusiyanın 18 müəssisəsi Aİ-nin 18 ölkəsinə quş əti ixrac edə bilir. Qeyd edək ki, “quş qripi” quşların yüksək dərəcədə yoluxmaya malik qripidir.

DİGƏR XƏBƏRLƏR

Top