7 yaşlı azərbaycanlı uşaq su kanalında boğuldu - Gürcüstanda

Ötən gün Gürcüstanın Marneuli rayonunun Kirovka kəndində 7 yaşlı azərbaycanlı uşaq suvarma kanalında boğularaq ölüb. Kənddə nənə-babasının yanında qalan uşaq su kanalının kənarında oynayıb.

Uşağın bir neçə saat evə qayıtmadığından narahat olan kənd sakinləri onu kanalda ölmüş vəziyyətdə tapıblar. Doğmalarının dediyinə görə, eyni faciə ötən il də baş verib və o vaxtdan müvafiq qurumlara müraciətlərə baxmayaraq, kanalın yaxınlığında heç bir təhlükəsizlik tədbiri görülməyib.
Faktla bağlı cinayət işi açılıb. (Apa)

DİGƏR XƏBƏRLƏR

Top