Kürdəmirdə nəvə nənənin ölümünə səbəb oldu

Kürdəmirdə ölümlə nəticələn ağır qəza baş verib. Yeniavaz.com DİN-in saytına istinadən məlumatına görə, iyulun 14-də saat 22 radələrində Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində İmişli rayon sakini Mirdamət Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə M. Abbasov və sərnişinlərindən - nənəsi Naibə Rəhimova hadisə yerində ölüb, digər üç sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

DİGƏR XƏBƏRLƏR

Top