“Mingəçevir“ qəzetinin ofisindən oğurluq olub

Şəhərin M.F.Axundov ünvanında yerləşən Mingəçevir qəzetinin binasında oğurluq hadisəsi baş verib. Bu barədə Yeniavaz.com saytına məlumat verən qəzetin baş redaktoru Mirsədi Daşdəmirov bildirib ki, səhər saatlarında xadimə bizə zəng vuraraq bildirdi ki, binanın pəncərələri sındırılıb: ”Dərhal saat 8 radələrində iş yerinə gələrək polis orqanlarına məlumat verdik. Bizə həm maddi, həm də mənəvi ziyan dəyib.

Təxmini 1500 civarında ziyan dəyib. Belə ki, iki komputer hərəsi 700 manat qiymətində biri də böyük komputer olduğuna görə onu apara bilməyiblər amma komputerə ziyan vurublar. Mənim iş otağmın qapısını da qırıblar. Həmçinin şkafın da qapısı qırılaraq mənə məxsus olan əşyalarımı da aparıblar. Onu da qeyd edim ki, indiki vaxtda əlimizdən tutan komputerlər, onun içərisində olan lazımı sənədlər, qəzetin növbəti nömrəsi üçün olan materiallar, arxiv sənədlər və s. Hal-hazırda işləməyə heç bir avadanlığımız yoxdur”. Hazırda faktla bağlı polis şöbəsində araşdırma aparılır. Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top