Oğru peşman olub, oğurladıqlarını geri qaytardı

Hindistanda baş verən oğurluq hadisəsi maraqlı formada yekunlaşıb.

Xarici KİV xəbər verir ki, Kerala vilayətində evə daxil olan oğru zinət əşyaları götürüb. Lakin o, 2 gün sonra oğurladığı qiymətli əşyaları məktubla geri göndərib və ev sahibindən üzr istəyib:

"Xahiş edirəm, məni həbs etdirməyin. Bağışlayın, üzr istəyirəm. Bu səhvi çətin vəziyyətdə olduğum üçün etmişəm".

Qeyd edək ki, polis bu hadisədən sonra istintaq prosesinə başlamadıqlarını bildirib.(Qaynarinfo)

DİGƏR XƏBƏRLƏR

Top