Havaların isti keçməsi səbəbindən ətraf rayonların insanları Mingeçevirdəki çimərliklərə üz tutur

Aran bölgəsində günəşin isti şüalarından qurtulmaq üçün sakinlər daha çox Mingeçevirdəki çimərliklərə üz tutur. Ölkənin müxtəlif rayonlarından çimərliyə gələnlər də var. Suya girib sərinləmək istəyənlər isə əraziyə daxil olmazdan öncə hər avtomobil üçün 50 qəpik ödəniş edirlər. Şəhər sakinləri Yeniavaz.com saytına müraciət edərək çimərlikdə avtomobillərin parkı üçün pullu xidmət olduğunu bildiriblər. Bu sakilnlər arasında yaxşı qarşılanmayıb. Məsələni yerində araşdırmaq üçün Mingəçevir çimərliyində olduq.

Şahidi olduq ki, istirahət günləri Mingəçevir ərazisindəki çimərliklərə gələnlərin sayı xeyli artır. Bura gələnlərdən bəziləri ödənişi ödəmək istəməslərdə, avtomobilin qorunması üçün həmin məbləği könüllü ödəyənlərə də rast gəldik. Şəhər sakinləri bildrdi ki, bu çimərlik əhali üçün nəzərdə tutulub, bura özəl deyil. Amma burada bəzi xidmətlər pulludur. Bu da biz sakinlər arasında narazılıq yaradır. İş yox, güc yox gəlib burda sərinlənirik ona da pul istəyirlər. Digər sakinlər isə avtomobillərinin qorunması üçün bu pulu verməkdən imtina etmədiklərini bildirdilər.

Məsələ ilə bağlı aidiyyatı qurum olan Mingəçevir Mənzil Komunal Təsərüfat İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev isə bildirildi ki, hər avtomobil üçün yığılan 50 qəpik ərazidə təmizlik işlərinin aparılmasına, avtomobillərin qorunması üçün mühavizəçilərə əmək haqqı ödənilməsinə sərf edilir: "Ötən il bu xidmət olmadığından avtomobillərdə oğurluq olurdu. Bu xidmət sakinlərin rahat şəkildə avtomobillərini park edib istirahətlərini təmin etmək üçündür".

Mingəçevir ərazisində fəaliyyət göstərən çimərliklərdə FHN-nin xüsusi xilasedici qrupları da fəaliyyət göstərir. Onlar təhlükəli hissələrə yaxınlaşan sakinləri xəbərdar edərək baş verə biləcək xoşagəlməz hadisənin qarşısını alır.

Esmira Hidayətova, Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top