“Çelsi”nin yeni baş məşqçisi məlum olub

Antonio Konte ilə yollarını ayıran “Çelsi”nin yeni baş məşqçisi müəyyənləşib.

Gözlənildiyi kimi, Mauritsio Sarri Premyer Liqa təmsilçisinin “sükanı arxası”na gətirilib.

Bildirilir ki, Sarri 2 illik saziş bağlamaq üçün hazırda Londondadı. Müqavilədə sözləşmə müddətinin uzadılması bəndi də var. 59 yaşlı mütəxəssisin illik məvacibi 6 milyon avro təşkil edəcək. Onun köməkçisi isə “Çelsi”nin sabiq hücumçusu Canfranko Zola olacaq.

Qeyd edək ki, Mauritsio Sarri 2015-ci ildən bu yaya qədər “Napoli”ni çalışdırıb.(Apasport.az)

DİGƏR XƏBƏRLƏR

Top