ABŞ Suriyanı bombaladı - 40 hərbçi öldü

ABŞ rəhbərliyindəki koalisiya qüvvələri Suriyada Deyrizor əyalətində rejim əsgərlərini bombalayıb. Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bombardman zamanı aralarında yüksək rütbəli zabitlərin də olduğu 40 hərbiçi həyatını itirib. Koalisiya qüvvələri rejim əsgərlərinin Fərat çayını keçmək üçün qurduğu səyyar körpünü də dağıdıb. Qeyd edək ki, Əsəd rejiminə aid qüvvələr Fərat çayını keçərək İŞİD-in nəzarətindəki Hecin bölgəsində irəliləməyi planlaşdırırdı.

DİGƏR XƏBƏRLƏR

Top