Pakistanda dəhşətli partlayış: onlarla ölən və yaralı var

Pakistanın Bəlucistan vilayətində baş vermiş partlayış nəticəsində 70 nəfər həlak olub.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu vilayətin səhiyyə nazirinin səlahiyyətlərini icra edən Faiz Kakar deyib. Onun sözlərinə görə, terror aktı zamanı xəsarət alanların sayı 120 nəfəri ötüb. Qeyd edək ki, intiharçı-terrorçu seçkiqabağı mitinqdə iştirak edənlərə qarşı partlayış törədib. Pakistan parlamentinin aşağı palatasına seçkilər iyulun 25-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top