Tsipras: Ərdoğanla asan olmayan görüş keçirdik

NATO sammiti çərçivəsində Belçikanın paytaxtı Brüsseldə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Aleksis Tsirpasla görüşüb.

Yeniavaz.com-un “Euronews”a istinadən verdiyi məlumata görə, yunan Baş nazir görüşün asan keçmədiyini deyib. Bununla belə, o, R.T. Ərdoğanla Egey dənizində gərginliyin azaldıması məsələsində razılığa gəldiklərini qeyd edib: “Ərdoğanla çətin, ancaq məhsuldar görüş keçirdim. Asan görüşlərdən biri olduğunu deyə bilmərəm. Ancaq görüşdən ora getdiyimindən daha ümidli çıxdım”. Tərəflər arasında görüşün 1 saat 45 dəqiqə davam etdiyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top