6 ayda 124 milyon dollarlıq əczaçılıq, 60 milyonluq tütün məhsulu idxal olunub

Bu ilin ilk yarısında ölkəyə 649,4 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 94,8 milyon dolları buğdanın, 89,3 milyonu meyvə-tərəvəzin, 23,1 milyon dolları şəkərin, 71,2 milyon dolları bitki və heyvan mənşəli piylər və yağların, 32,3 milyon dolları ətin, 39,4 milyon dolları isə kərə yağının payına düşüb. Yeniavaz.com Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün ötən 6 ayda müvafiq olaraq 60,1 və 123,7 milyon dollar ödənilib.

Məlumat üçün bildirək ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə gətirilən tütün məhsulları dəyər ifadəsində 12,3 milyon dollar azalıb, əczaçılıq məhsulları isə dəyər ifadəsində 26,9 milyon dollar artıb.

DİGƏR XƏBƏRLƏR

Top