"İstək" liseyinin valideyn komitəsi ölkə başçısı və xanımına müraciət etdi

"İstək" liseyinin valideyn komitəsinin iclası yekunlaşıb.

Bu barədə Yeniavaz.com-a liseyin valideyn komitəsinin üzvü Asif Eyyublu məlumat verib. Onun sözlərinə görə, "İstək" liseyinin valideyn komitəsi 5 müraciət hazırlayıb: "Cənab prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevaya və Təhsil nazirliyinə müraciət hazırlandı. Bu Bakı şəhəri üzrə 600-ə yaxın valideynin müraciətidir. Müraciətdə "İstək" liseyinin bağlanmaması üçün kömək istənildi".

A. Eyyublu bildirdi ki, liseyin təsisçiləri ilə əlaqə yarada bilmirlər: "Onlar bizə dedi ki, təhsil şöbələrinə yaxınlaşın, övladlarınızın şəxsi işlərini götürün".

Qeyd edək ki, iyulun 5-də “İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib. Nazirlikdən verilən məlumata görə, müraciətdə “İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə köməklik göstərilməsi məsələləri əksini tapıb.

DİGƏR XƏBƏRLƏR

Top